AZ

İranda DƏHŞƏTLİ PARTLAYIŞ: XƏSARƏT ALANLAR VAR

Ajans.az xəbər verir ki, Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Məlikinin verdiyi məlumata görə, partlayış saat 21:03 radələrində Molavi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş verib. İlkin məlumata əsasən, hadisəyə tezalışan materialların saxlanması səbəb olub. Partlayış nəticəsində yanğın yaranıb. Nəticədə üç gənc kişi yanıq və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra isə əlavə müayinə və müalicə üçün tibb müəssisəsinə aparılıblar. Faktla bağlı araşdırma aparılır.  
Seçilən
10
Ajans.az

1Mənbələr