AZ

Biznesmen deputatın “gizli media şəbəkəsi”: Məşhur Məmmədov yeni qalmaqalın mərkəzində


Milli Məclisin biznesmen deputatı Məşhur Məmmədovun adı növbəti qalmaqalda hallanır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, deputat mandat əldə etdikdən sonra informasiya imkanlarını genişləndirərək gizli şəkildə bir neçə media resursu formalaşdırıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, İddialara əsasən, hələlik adı açıqlanmayan həmin media orqanı Məşhur Məmmədovun fəaliyyətini təbliğ etməklə yanaşı, bəzi məmur və deputatları sərt və açıq tənqid hədəfinə çevirib. 

Bildirilir ki, sözügedən platformada müəyyən şəxslər haqqında ardıcıl tənqidi materiallar dərc olunur və bu yazıların onların ictimai imicinə mənfi təsir göstərdiyi vurğulanır.

Məlumatlarda o da qeyd olunur ki, həmin sayt bəzi idarə və müəssisə rəhbərləri ilə də yaxın münasibətlər qurub. İddialara görə, "himayə” qarşılığında maliyyə dəstəyi mexanizmi mövcuddur və bu proses gizli şəkildə həyata keçirilir.

Digər tərəfdən, sosial mediada səsləndirilən fikirlərə əsasən, deputatla anlaşa bilməyən və ya onunla münasibətləri gərgin olan məmurların daha çox hədəfə alındığı iddia edilir. Bu isə müəyyən dairələrdə narazılıq yaradıb.

Qeyd edək ki, səsləndirilən bütün bu iddialarla bağlı rəsmi mövqe açıqlanmayıb. Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini öyrənmək mümkün olarsa, əlavə məlumat təqdim ediləcək.
 
 

Seçilən
8
7news.az

1Mənbələr