AZ

Tramp Ukrayna danışıqlarından imtina edə bilər ABŞ nin payız imtahanı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin payızında Konqresə aralıq seçkisi yaxınlaşdıqca Ukrayna münaqişəsinin nizamlanmasında iştirakından imtina edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb:

"Ukraynalılar vaxtın tükəndiyini hiss etdilər. Yaxın həftələrdə seçki kampaniyası Trampın diqqətini daha çox cəlb etdikcə o, danışıqların onun üçün siyasi uğursuzluğa çevrildiyinə qərar verə bilər. Bu zaman Ağ Ev lideri diplomatiyanın iflasında günahı tərəflərdən birinin və ya hər ikisinin güzəştə getməməsinə yönəldərək geri çəkilə bilər".

Qeyd edək ki, ABŞ-də aralıq seçkisi noyabrın 3-də keçiriləcək. Bu seçkidə Trampa müxalif Demokrat Partiyası Konqres üzərində nəzarəti geri qaytarmağa ümid edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
oxu.az

2Mənbələr