İsmayıllıda yol qəzası törətməkdə təqsirləndirilən Elçin Cəfərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmənin Teyyub Muxtarovun sədrliyi ilə araşdırılır.
İttihama görə, hadisə 22 fevral 2024-cü il tarixdə təxminən saat 18:45 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 36-cı kilometrliyində qeydə alınıb.
Belə ki, Elçin Cəfərlinin idarə etdiyi “Khazar LX” markalı avtomobillə “MAZ” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.
Hadisədən sonra Elçin Cəfərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Kamal Məmmədov