AZ

Dayanmadan 6 saat ağladı FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İbrahim Çelikkolun yeni serialındakı fədakarlığı hər kəsi heyrətə gətiribTürkiyənin ən populyar aktyorlarından olan İbrahim Çelikkol son günlər çəkiliş meydançasındakı qeyri-adi performansı ilə gündəmin mərkəzinə çevrilib. Netflix platformasında izləyicilərə təqdim edilən "Ayrılık da Sevdaya Dahil" serialında baş rolu canlandıran aktyorun peşəkarlığı həmkarları və texniki heyət tərəfindən rəğbətlə qarşılanıb.Serialın dramatik anları ilə yadda qalan ən ağır səhnələrindən birində Çelikkol obrazın daxili dünyasındakı ağrını təsvir etmək üçün saatlarla kamera qarşısında qalıb. Məlum olub ki, aktyor həmin çəkiliş zamanı tam altı saat boyunca fasiləsiz ağlayaraq obrazın yaşadığı sarsıntını real şəkildə əks etdirməyə çalışıb. Bu uzunmüddətli emosional gərginlik rejissor Yavuz Turqulun da diqqətindən qaçmayıb və çəkiliş meydançasında böyük sükutla izlənilib.Mənbələrin verdiyi məlumata görə, altı saatlıq gərgin işdən sonra aktyorun gözlərində ciddi şişkinlik yaranıb. O, səhnə bitdikdən sonra bir müddət özünə gələ bilməyib və fiziki yorğunluq hiss edib. Yasemin Kay Allen və Emine Meyrem ilə tərəf müqabili olan Çelikkolun bu fədakarlığı serialın emosional yükünün nə qədər ağır olduğundan xəbər verir.Dram, sevgi və vicdan əzabının iç-içə keçdiyi ekran işi artıq izləyicilər tərəfindən maraqla qarşılanmağa başlayıb. Aktyorun bu dərəcədə obrazın içinə girməsi və duyğularını süni vasitələrlə deyil, daxili hissləri ilə büruzə verməsi "Ayrılık da Sevdaya Dahil" layihəsinin builki ən iddialı işlərdən biri olacağını göstərir.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr