AZ

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

 

2030-cu ilə qədər qlobal iqtisadiyyatın

70%-nin rəqəmsal texnologiyalardan ibarət olacağı gözlənilir.  Bu reallıq fonunda Azərbaycan son illərdə rəqəmsallaşma

istiqamətində mühüm addımlar atmaqdadır. Dövlət xidmətləri, maliyyə sektoru,

modern infrastruktur kimi geniş spektri əhatə edən rəqəmsal transformasiya

artıq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Cənab

Prezidentin də söylədiyi kimi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı

vahid fəaliyyət planı ölkəmizə strateji istiqamətdə real üstünlüklər

qazandıracaq. Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların

vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini nəzərdə

tutur. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi, makroiqtisadi və siyasi sabitlik,

texnologiyaya açıq əhali, dövlət səviyyəsində rəqəmsallaşmanın  prioritet olması bu sahədə böyük potensial

yaradır. Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları da rəqəmsal

logistika və məlumat axınının inkişafını zəruri edir. Rəqəmsal transformasiya

yalnız proqram təminatı ilə məhdudlaşmır. Fiber-optik internet şəbəkəsinin

genişləndirilməsi, mobil rabitə texnologiyalarının inkişafı ölkənin texnoloji

infrastrukturunu möhkəmləndirir. Prezident İlham Əliyev də bildirib ki, “Hazırda

bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi

layihəsi icra edili. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə

doğru isə yeni bağlantılar üzərində işləməliyik”.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata

keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri isə rəqəmsal idarəetmənin

real tətbiq nümunələridir. Enerji, nəqliyyat və kommunal xidmətlərin rəqəmsal

platformalar üzərindən idarə olunması yeni şəhər modelinin əsasını qoyur.

Bununla yanaşı, kibertəhlükəsizlik, rəqəmsal

savadlılığın artırılması və innovasiya mühitinin daha da genişləndirilməsi əsas

hədəflər sırasındadır. Vahid fəaliyyət planı dövlət idarəçiliyində yeni keyfiyyət

dəyişiklikləri yaradacaq, inteqrasiya olunmuş sistemlər qərarverməni daha sürətli

edəcək. Həmçinin dövlət qurumları arasında informasiya təkrarlanması azalacaq,

kağız sənəd dövriyyəsi minimuma enəcək, şəffaflıq və hesabatlılıq artacaq. Nəticə

etibarı ilə daha çevik və effektiv dövlət modeli formalaşacaq. Bu sahədə dünyanın

aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Təsadüfi deyil ki, Amerika

Birləşmiş Ştatlarının şirkətlərinin ölkəmizə maraq göstərməsi, həmçinin İsraillə

bu yaxınlarda imzalanan Anlaşma Memorandumu beynəlxalq əməkdaşlıq üçün yeni

imkanlar açır.

İqtisadi səmərəlilik və rəqəmsal

iqtisadiyyatın genişlənməsi yüksək əlavə dəyər yaradan sahələrin inkişafına da

təkan olacaq.

Beləliklə, Azərbaycan regionda rəqəmsal mərkəzə

çevrilə, Transxəzər və Orta Dəhliz layihələrində rəqəmsal logistika üstünlüyü

yaranar.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Seçilən
53
7
azerbaijan-news.az

8Mənbələr