AZ

Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub

Yanvar ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə 13 114 zəng daxil olub.

Bu barədə "Far.Az"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 12 960 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 154 müraciət isə araşdırılması üçün qəbul edilib. 70 müraciət haqqında vətəndaşlara müvafiq izahatlar verilib, 44 müraciət ilə bağlı məsələ həll edilib, 40 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Seçilən
17
9
far.az

10Mənbələr