AZ

Şahmatla Nərdin hekayəsi Büzürmügürün ad ilə bağlıdır?

Hindin rəhbəri Ərdəşirə "şahmat" göndərir və bu nədiri tap deyir, tapmasan, mənə tabe olacaqsan, şərtini qoyur.
Ərdəşir Büzürmügürü çağırır, Büzürmügür "bu oyun düşüncədəki hərbdir", ağılın hərb meydanına çıxmazdan əvvəl düşüncədəki qarşılaşmasıdır, taktik və strategilər hansı fiqurla necə davranacağına bağlıdır, deyir.
Və Hindin qarşısına hindin həll edə bilmədiyi bir oyunla çıxır,
Bu "Nərd"dir.
"Nərd" "Ərdəşir yaşasın" deməkdir, adı Büzürmügür qoydu,
İki dünya açdı, 30 gün, 15 gecə, 15 gündüz, iki zər, 7 ulduz, 12 palanet...
Və ölüb, dirlilmə oyunu.
Şahmatı atamla uşaqlıqdan öynardım, nərdi isə 40 yaşdan sonra öyrəndim.
Hər iki oyunun həvəskarı belə deyiləm,
Dostlarla "domino" oynamağa hələ yığılırıq.
"Oyun" nədir isə hər zaman dərdim olub,
Teatrı dərindən öyrəndikdən sonra anladım ki, "Səhnə" daha əsasdır, istər şahmat olsun, istərsə də nərd.
Bir səhnədə düşüncələr, digər səhnədə göylə yer, o biri səhnədə isə riyaziyyat ola bilər,
Həyat hər kəsin səhnəsi nədirsə, o səhnənin açılması ilə bitir,
Səhnə giriş üçün deyil, çıxış üçündür,
Çıxışda isə oyun əsas deyil, girişi oyunla başlayan oyundan çıxa bilmir.
Əlindəki zər, 1 dən 6 ya qədər iki dənədir,
Cütləsən də, cütləməsən də.
Gözlədiyini deyil, qarşına çıxanladır sınağın.
İdris Heydərli, filosof
Seçilən
42
news365.az

1Mənbələr