AZ

ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib

ABŞ Senatı prosedur səsverməsində Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib.

Xezerxeber.az xəbər verir ki, səsvermə ABŞ qanunverici orqanının yuxarı palatası olan Senatda keçirilib.

Nazirliyin maliyyə ilinin sonuna qədər (30 sentyabr) maliyyələşdirilməsini təmin edən qanun layihəsinin lehinə 52, əleyhinə isə 47 senator səs verib.

Daha sonra qəbul səsverməsi mərhələsinə keçilməsi üçün Senatın ən azı 60 üzvü prosedur səsverməsində layihəni dəstəkləməli idi.

Nəticədə, Daxili Təhlükəsizlik Nazirliyi cümə axşamı gecə yarısında fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, bu, son aylarda üçüncü bağlanma (ABŞ hökumətinin qismən bağlanması-şatdaun) olacaq.

Seçilən
10
2
xezerxeber.az

3Mənbələr