AZ

“Barselona”nı darmadağın oldu

Copa del Rey-də yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az xəbər verir ki, ikinci oyun günündə Atletico Madrid doğma meydanda Barcelona-nı qəbul edib. Qarşılaşma Madrid şəhərində yerləşən Civitas Metropolitano stadionunda baş tutub və matçı baş hakim Xuan Martines idarə edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. "Atletiko" rəqibini 4:0 hesabı ilə darmadağın edərək finala doğru ciddi addım atıb.

Xatırladaq ki, ötən gecə digər yarımfinal matçında Real Sociedad səfərdə Athletic Bilbao üzərində qələbə qazanmışdı.

Cavab qarşılaşmaları çərçivəsində:

"Barselona" - "Atletiko" oyunu 4 mart, saat 00:00-da (Bakı vaxtı ilə),

"Real Sosyedad" - "Atletik" görüşü isə 5 mart, saat 00:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Seçilən
128
20
milli.az

10Mənbələr