AZ

Microsoft “Windows 11”də batareya probleminin həllini açıqladı

Bakı. Trend:

“Microsoft” şirkəti noutbukların gözlənilmədən yuxu rejimindənoyanmasına və batareyalarının daha tez tükənməsinə səbəb olan“Windows 11” probleminin həllini təqdim edib.

Trend xəbər verirki, bu barədə "Windows Latest" (WL) nəşri məlumat yayıb.

Məlumata görə, xəta fon prosesləri və “Modern Standby” rejimiilə bağlı olub. “Modern Standby” bütün yeni “Windows 11”kompüterlərində mövcuddur və smartfonlarda olduğu kimi, cihazınekran kilidli vəziyyətdə gözləmə rejiminə keçməsinə imkan verir. Buzaman enerji sərfiyyatı azalır və sistem tez bir zamanda işə hazırvəziyyətdə qalır.

Lakin istifadəçilər əvvəllər batareya ömrünün azalması vəcihazların gözlənilmədən aktivləşməsi ilə bağlı dəfələrləşikayətlər ediblər.

Şirkət problemi etiraf edərək, istifadəçi müdaxiləsi olmadansistemin dərin yuxu rejimindən oyanmasının qarşısını alan mühafizəmexanizmlərini tətbiq edib. Artıq cihaz yalnız güc düyməsinibasmaq, noutbukun qapağını açmaq və ya digər qəsdən edilənhərəkətlərlə aktivləşdirilə bilər.

Qeyd olunur ki, dəyişikliklər artıq “Windows 11 24H2” və dahayeni versiyalarda tətbiq edilib.

Seçilən
112
az.trend.az

1Mənbələr