AZ

Almaniyalı nazirin davranışı təəccüb doğurub

ain.az bildirir, Reyting.az portalına istinadən.

Brüsseldə NATO brifinqi zamanı Almaniyanın müdafiə naziri Boris Pistoriusu Ukraynaya növbəti dəstək paketi vəd etdikdən sonra onu öskürək tutub.

Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Videodan görünür ki, alman nazir kamesadan qəfil üz döndərir, şiddətlə öskürür və daha sonra üzr istəyir:

“Məni bağışlayın, mən heç də Co Baydenin böyük qardaşı deyiləm. Sadəcə, soyuqdəyməm var”.

O, bundan sonra heç nəyə məhəl qoymadan danışmağa davam edib. Bu zaman Britaniyanın müdafiə naziri Con Healey alman həmkarını seyr edərkən üzündə təəccüb ifadəsi ilə kamera qarşısına keçib.

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
reyting.az

1Mənbələr