AZ

ABŞ Macarıstan və Slovakiya ilə Rusiya enerjisindən imtinanı müzakirə edəcək

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Macarıstan və Slovakiya ilə Rusiya enerjisindən imtina ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqladı. O, bunu Münhenə gedərkən jurnalistlərə bildirib. Jurnalistlərlə söhbətinin səs yazısı C-Span portalında dərc edilib.

"Biz onlarla nələrin baş verməli olduğu barədə danışacağıq. Həmin görüşlərdə nə deyəcəyimiz barədə ətraflı danışmayacağam", - deyə o əlavə edib.

13-15 fevral tarixlərində Rubio Almaniyada keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Daha sonra o, 15 və 16 fevral tarixlərində Slovakiya və Macarıstana səfər edəcək.

"Financial Times" qəzeti dünən bildirib ki, Münhen Təhlükəsizlik Konfransında iştirak edən siyasətçilər ABŞ prezidenti Donald Tramp və ABŞ vitse-prezidenti J.D. Vensin bu ilki tədbirdə iştirak etməyəcəyini öyrəndikdən sonra rahatlayıblar.

Əziz MUSTAFA

Seçilən
22
oxumeni.az

1Mənbələr