AZ

Ürək problemlərinin ilk simptomları

"Xroniki yorğunluq, halsızlıq və zəiflik ürək-damar xəstəliklərinin gizli simptomları ola bilər".

Publika.az xəbər verir ki, bunu baş kardioloq, tibb elmləri doktoru Aleksey Alekseyenko deyib.

Həkim izah edib ki, ürək xəstəliklərini erkən mərhələdə aşkar etmək üçün bədənin verdiyi ilk siqnallara qarşı son dərəcə diqqətli olmaq lazımdır. Xüsusilə normal fiziki fəaliyyətin insan üçün qəfildən çətinləşməsi və daimi zəiflik hissi ciddi xəbərdarlıq hesab olunur.

Mütəxəssis həmçinin döş sümüyünün arxasındakı narahatlığa - işemik ağrıya xüsusi diqqət yetirməyi tövsiyə edir. Bu növ ağrı qabırğalar arasında nöqtəvi şəkildə yaranmır, əksinə döş sümüyünün arxasında lokallaşır və sol qola, sol kürək sümüyünün altına, boyuna, hətta alt çənəyə yayıla bilir.

Alekseyenko vurğulayıb ki, fiziki məşq və ya gərginlik zamanı ilk dəfə yaranan nəfəs darlığı da narahatedici bir simptomdur və belə hallarda vaxt itirmədən həkimə müraciət edərək səbəbini araşdırmaq vacibdir.

Seçilən
151
publika.az

1Mənbələr