AZ

Fransa və Norveç Ukraynaya dəstək üçün yeni saziş imzalayıb

Bakı. Trend:

Fransa və Norveç Ukraynaya müşahidə və vəziyyətdən xəbərdar olmasahələrində, eləcə də aviasiya bombaları ilə bağlı yeni imkanlarınyaradılmasını nəzərdə tutan saziş imzalayıb.

Trend xəbər verirki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat dərcolunub.

Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Ukraynaişğaldan sonra dördüncü qışını yaşayır və Rusiya hücumlarınəticəsində ölkə böyük hərbi, mülki və humanitar ehtiyaclarlaüz-üzədir. “Norveç və Fransa arasındakı yeni saziş bizə Ukraynanınehtiyac duyduğu imkanların təmin edilməsində əməkdaşlıq etməyəşərait yaradır”, – deyə o qeyd edib.

Bəyanatda vurğulanır ki, saziş Norveç və Fransaya zəruri müdafiəavadanlıqlarının fransız istehsalçılarından alınması və yaFransanın ehtiyatlarından təmin edilməsi yolu ilə Ukraynayaçatdırılmasında əməkdaşlıq imkanı verir.

İlkin mərhələdə Norveç təxminən 4,2 milyard Norveç kronu (440milyon dollar) ayıracaq, Fransa isə təxminən 3 milyard Norveç kronu(300 milyon dollar) məbləğində kreditə zəmanət verəcək.

Seçilən
20
3
az.trend.az

4Mənbələr