AZ

Ermənistan müxalifəti seçkidə qalib gələrsə, proseslər dəyişə bilərmi?



"Ermənistan müxalifətinin seçkilərdən qalib çıxması nəticəsində, Ermənistan və Azərbaycan arasında yenidən münaqişənin alovlandırılması ən çox ehtimal olunan proqnozlardandır".

Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ən böyük və real görünən təhlükə məhz bu istiqamətdə daha çox ehtimal olunur:

"Bu baxımdan Ermənistan daxilində və regionda sülhə qarşı olan güclərin proseslərə müdaxiləsi və onu pozması ən ciddi ehtimal olunan faktorlar arasındadır. Müxalifət partiyalarının funksionerləri Ermənistan cəmiyyətində sülh sazişini hələ də "məğlubiyyət" kimi təqdim edirlər".

Ekspert deyib ki, radikal qüvvələr, Qarabağ klanı, kilsə və diasporlar, revanşist qüvvələr Paşinyan hakimiyyətini xəyanət damğası ilə günahlandırırlar:

"Hesab edirəm ki, bu istiqamətdə propaqanda seçki komissiyasında daha çox istifadə ediləcək".

Süleyman
Seçilən
30
1
newscenter.az

2Mənbələr