“Real Madrid”in hücumçusu Kilian Mbappe ayaq biləyinin ağrısından əziyyət çəkir.
İdman.Biz xəbər verir ki, fransız futbolçu əsas heyətlə məşq etməyib və 14 fevral şənbə günü “Real Sosyedad”a qarşı İspaniya liqasının 24-cü tur matçında iştirakı sual altındadır.
“Real Madrid” və “Real Sosyedad” arasında oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Mbappe bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb, 38 qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 200 milyon avrodur.