AZ

İtaliyada kişi içində qızıl külçələr olan qutunu səhvən zibilə atdı

Bakı. Trend:

İtaliyada 57 yaşlı kişinin səhvən içində qızıl külçələr olanqutunu zibil konteynerinə atması ilə bağlı maraqlı hadisə başverib.

Trend xəbər verirki, bu barədə RMF24 radiostansiyasına istinadən məlumatyayılıb.

Hadisə Leççe vilayətinin Torre-Lapillo yaşayış məntəqəsindəqeydə alınıb. Yerli sakin təsadüfən içində 20 ədəd qızıl külçə olanmetal qabı tullantı konteynerinə atıb.

Məlumata görə, kişi uzun illər ərzində qiymətli metalainvestisiya edərək təxminən 120 min avro (təxminən 242 min manat)dəyərində kapital toplayıb. O, qızılların itdiyini yalnız bir günsonra anlayaraq dərhal hüquq-mühafizə orqanlarına müraciətedib.

Polis araşdırma zamanı konteynerlərin artıq Ucento poliqonunadaşındığını müəyyən edib. Orada təşkil olunan axtarış əməliyyatınəticəsində qızıl külçələr olan qab tapılaraq sahibinəqaytarılıb.

Seçilən
28
3
az.trend.az

4Mənbələr