AZ

Argentina parlamentində cinayət məsuliyyətinin yaş həddinin 14-ə endirilməsi təsdiqlənib

Argentina parlamentinin Deputatlar Palatası (aşağı palata) cinayət məsuliyyətinə cəlbetmə yaşının 16-dan 14-ə endirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

"Far.Az" xəbər verir ki, iclasın yayımı aşağı palatanın "YouTube" kanalında aparılıb.

Qanun layihəsini 149 deputat dəstəkləyib, 100 nəfər isə əleyhinə səs verib. İndi sənəd senata göndəriləcək.

Təşəbbüsü konqresə təqdim edən hökumət səsvermənin nəticələrini müsbət qarşılayıb.

"Argentina artıq mövcud olmayan bir ölkə üçün düşünülmüş normalarla idarə olunmağa davam edə bilməz. Bu qanun layihəsi həmin uyğunsuzluğu aradan qaldırır və nizam-intizamın olduğu istənilən cəmiyyət üçün təməl prinsipi təsbit edir: cinayət törədən şəxs yaşından asılı olmayaraq, ədalət qarşısında cavab verməlidir", - deyə Argentina Prezidenti Xavyer Mileyin ofisinin bəyanatında bildirilib.

Argentina hakimiyyətinin məlumatına görə, 2023-cü ildə 2 200-ə yaxın cinayət 18 yaşından kiçik şəxslər tərəfindən törədilib.

Seçilən
34
far.az

1Mənbələr