AZ

Arda Güler “Real Madrid” oyunçuları tərəfindən təzyiqə məruz qalmadığını bildirib

“Real Madrid”in yarımmüdafiəçisi Arda Güler komanda yoldaşları tərəfindən mobbinqə məruz qalması ilə bağlı iddiaları təkzib edib.

İdman.Biz bildirir ki, bu iddiaları Gülerin “Fənərbağça”dakı məşqçisi Serhat Pekmezçi səsləndirib.

“Karyeramın əvvəlində mühüm rol oynayan Serhat Pekmezçinin son açıqlamalarını kədərlə izlədim.
Bu klubda ilk günümdən etibarən məni isti qarşıladılar və həmişə bu klub ailəsi hesab etmişəm. “Real Madrid” oyunçusu olduğum üçün çox qürur duyuram və bu emblemi uzun illər qorumaq istəyirəm.

Bizim çox güclü komandamız var və bütün komanda yoldaşlarımla birlikdə oynamaq imkanına sahib olduğum üçün xoşbəxt və şərəfliəm. Bu mövzuda yazılmış və ya ifadə edilən hər hansı şərhi və ya mesajı qulaqardına vurmağınızı xahiş edirəm”, - Güler sosial media səhifəsində yazıb.

Daha əvvəl Serhat Pekmezçi oyunçunun “Real Madrid”dəki problemlərindən, o cümlədən həddindən artıq böyük başı olan komanda yoldaşları tərəfindən kollektic təzyiqə məruz qalmasından danışmışdı.

İdman.Biz
Seçilən
26
1
idman.biz

2Mənbələr