AZ

Zelenski: Pis sazişdənsə, müharibəni davam etdirərik

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski əlverişli razılaşma əldə olunmayacağı təqdirdə ölkəsinin müharibəni davam etdirməyə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, o, bu fikirləri “The Atlantic” nəşrinə müsahibəsində səsləndirib.

Nəşrin yazdığına görə, Zelenskinin yaxın çevrəsindəki bəzi şəxslər Ukrayna ilə Rusiya arasında sülh sazişi üçün imkan pəncərəsinin bağlanmasından narahatdırlar. Onların qənaətincə, əgər bu yaz razılaşma əldə olunmasa, ölkəni uzunmüddətli hərbi qarşıdurma gözləyə bilər.

Zelenski isə xalqını əlverişsiz razılaşmaya razı salmaqdansa, ümumiyyətlə sazişdən imtina etməyə üstünlük verəcəyini vurğulayıb. O, dörd ildir davam edən genişmiqyaslı müharibəyə baxmayaraq, mübarizəni davam etdirməyə hazır olduqlarını bildirib: “Ukrayna uduzmur”.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampın müharibəni dayandırmaq səylərinə toxunaraq qeyd edib ki, Tramp üçün bu münaqişəni bitirmək böyük siyasi qələbə ola bilər və onun üçün ən əlverişli vaxt 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərə qədər olan dövrdür. Bununla belə, Zelenski vurğulayıb ki, məsələ təkcə siyasi divident deyil, insan itkilərinin qarşısının alınmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
modern.az

1Mənbələr