BAKI, 13 fevral. TELEQRAF
NATO-nun baş katibi Mark Rütte ABŞ-ni səhvən dünyanın ən böyük ölkəsi adlandırıb.
Teleqraf xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, o, açıqlamasında “Bilməlisiniz ki, Birləşmiş Ştatlar Yer üzündə ən böyük ölkədir” deyə bildirib. Halbuki, ərazi baxımından ABŞ dünyada dördüncü yerdədir. Birinci yerdə Rusiya, daha sonra Kanada və Çin gəlir.
Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyasının rəhbəri Donald Tramp Qrenlandiya və Kanadanın ABŞ-nin tərkibində göstərildiyi xəritəni yenidən nümayiş etdirmişdi.