Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Arıqlamaq və daha fit görünüşə sahib olmaq istəyənlərin ilk ünvanı əksər hallarda dietoloqlar və idman zalları olur. Lakin artıq çəkidən qurtulmaq üçün mütləq şəkildə idman zallarına yüksək məbləğlər ödəmək vacib deyil.
Milli.Az-ın məlumatına görə, sağlam həyat tərzi vərdişləri arasında yer alan bəzi qidalanma tövsiyələri ilə qısa müddətdə arıqlamaq mümkündür:
Xiyar, nanə və su: Xiyar yüksək su tərkibi ilə orqanizmin maye balansını dəstəkləyir, nanə isə təravətləndirici təsiri ilə həzmi rahatlaşdırır. Bu qarışım xüsusilə ödem hissinin azalmasına kömək edə bilər. Şəkərli içkilərə təbii alternativdir. Gün ərzində az-az içildikdə iştaha nəzarətə dəstək verir. Dolayı yolla yağ yandırma prosesini dəstəkləyən yüngül detoks içkisi sayılır.
Limonlu ilıq su: İlıq suya əlavə edilən təzə limon suyu həzm sistemini aktivləşdirir. Tərkibindəki C vitamini yağ mübadiləsində rol oynayan bəzi biokimyəvi prosesləri dəstəkləyir. Səhər acqarına içildikdə mədə turşusunu balanslaşdıraraq köp hissini azalda bilər. Bu da gün ərzində daha səmərəli həzm deməkdir. Müntəzəm istifadə olunduqda dolayı yolla yağ yandırma prosesinə töhfə verə bilər.
Darçın və zəncəfilli çay: Zəncəfil və darçın birlikdə istifadə edildikdə termogen effekt yaradır, yəni bədənin istilik istehsalını bir qədər artırır. Bu isə enerji sərfiyyatını dəstəkləyə bilər. Eyni zamanda qan şəkərinin dalğalanmasını tənzimləməyə kömək edir. Axşam saatlarında qəbul edildikdə şirniyyat istəyini azalda bilər. Şəkərsiz içilməsi təsirini daha da gücləndirir.
Yaşıl çay və limon qabığı: Yaşıl çay tərkibindəki katexin adlı antioksidantlar sayəsində yağ oksidasiyasını dəstəkləyir. Limon qabığı isə aromatik birləşmələrlə bu təsiri tamamlayır. Birlikdə istifadə edildikdə metabolik aktivlik hissi yarada bilər. Xüsusilə yeməklər arası qəbul edilməsi tövsiyə olunur. Həddindən artıq istifadə etməmək şərti ilə gündə 1-2 fincan kifayət hesab edilir.
Mina Mikayılıova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.