AZ

Azərbaycanın Ukraynaya göndərdiyi enerji avadanlıqlarından ibarət humanitar yardım təhvil verildi (FOTO)

Bakı. Trend:

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarındanibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Trend xəbər verirki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X”sosial media hesabında paylaşım edib.

S. Mərdəliyevin sözlərinə görə, Ukraynanın Bakıdakı səfiri YuriQusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı iləmüvafiq avadanlıqlar İrpin şəhərinə təhvil verilib.

Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnik də sosial mediahesabında paylaşım edərək göstərilən yardıma görə Azərbaycanatəşəkkür edib. “Bu, xalqlarımız arasındakı həqiqi həmrəyliyinnümunəsidir”, – deyə o vurğulayıb.

Kalaşnik qeyd edib ki, Azərbaycan regionun bərpasındauzunmüddətli və etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, artıqİrpində bir sıra mühüm layihələr həyata keçirilib, o cümlədənZərifə Əliyeva adına 12 nömrəli məktəb bərpa edilib, mərkəzi şəhərxəstəxanası yenilənib, təhsil və ictimai məkanlarda infrastrukturlayihələri icra olunub. Dövlətlərarası və regionlararasıtərəfdaşlıq çərçivəsində yeni layihələr üzərində işlərin davametdiyi bildirilib.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
30
az.trend.az

1Mənbələr