AZ

Fransada porsuqlar iki yaşayış məntəqəsini sivilizasiyadan ayırdı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Fransada porsuqların yol kənarlarında qazdıqları yuvalar və tunellər iki kəndi çətin vəziyyətdə qoyub. Heyvanlar əsas yolu yararsız hala saldığından, yerli sakinlər ərzaq və dərman tədarükü üçün böyük məsafə qət etmək məcburiyyətində qalıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri xəbər yayıb.

Porsuqlar əsas yolu yanvarın əvvəlində qazıblar. Daha sonra yol örtüyü betonla bərkidilsə də, heyvanlar yenidən ərazini tamamilə dağıdıblar.

İndi sakinlər həmin sahədən yan keçmək üçün tarlalardan istifadə edirlər.

Hazırda problemin həllinə yerli qurumlar qoşulub, lakin məsələnin tezliklə aradan qaldırılması gözlənilmir. Təmir tarixi hələ müəyyən edilməyib.

Yerli məmurlardan biri bildirib: "Bu epizoddan çıxarılmalı olan dərs odur ki, kiçik bir heyvan gündəlik həyatımız üçün böyük nəticələrə səbəb ola bilər. Porsuq gücü, cəsarəti və xeyli miqdarda daş və torpaq daşımaq qabiliyyəti ilə fərqlənir. Belə çəkili heyvanlar arasında onun tayı-bərabəri yoxdur. Porsuqların çəkisi 20 kiloqrama çata bilər".

O əlavə edib ki, yerli administrasiyanın heç olmasa mart ayında yolun bərpasına və porsuq probleminin həllinə kömək edəcəyini ümid edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
oxu.az

1Mənbələr