AZ

İspaniya Kuboku: "Barselona"nı Madriddə "ağlatdılar"

Bu gün İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Atletiko Madrid" "Barselona"nı qəbul edib.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi "blauqrana"nı 4 cavabsız qolla yenib.

Tərəflərin cavab qarşılaşması martın 3-də Barselonada keçiriləcək. Bu mərhələnin fevralın 11-də baş tutan oyununda "Atletik" Bilbaoda "Real Sosyedad"a uduzub - 0:1.

İspaniya Kuboku
Yarımfinalın ilk oyunu
12 fevral

Atletiko Barselona 4:0
Qollar: E.Qarsiya, 6-öz qapısına. Qrizmann, 14. Lukman, 33. X.Alvares, 45+2.

Seçilən
2
1
fanat.az

2Mənbələr