AZ

Flik Madriddə aldıqları darmadağını şərh etdi

Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Atletiko Madrid"dən bu gecə rəqib meydanında aldıqları ağır yenilgini (0:4) şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"İlk hissədə pis oynadıq. Komanda kimi mübarizə aparmadıq. Pressinq etmirdik. Birinci 45 dəqiqə bizə böyük dərs oldu. Sonluq daha yaxşı idi. Qarşıda hələ iki hussə var. Hər hissədə 2:0 hesabı ilə qalib gəlsək... Evdə azarkeşlərimizin köməyinə ehtiyacamız olacaq.

Komandanın keçirdiyi mövsümdən razıyam. Zədəlilərimiz çox oldu. Məğlubiyyət də oyunun bir hissəsidir. Bundan dərs çıxarmalıyıq. Onlar qol vurmağa daha yaxşı köklənmişdilər. Ağrılı yenilgi idi, amma komanda ilə fəxr edirəm. Gənc kollektivdir. Bəraət axtarmıram".

Tərəflərin cavab qarşılaşması martın 3-də "Spotifay Kamp Nou"da reallaşacaq.

Nihat

Seçilən
2
1
fanat.az

2Mənbələr