BAKI, 13 fevral. TELEQRAF
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) Los-Ancelesdə Azərbaycandan olduğu iddia olunan Levon Georgiyeviç Ayrapetovun saxlanıldığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ICE-in yaydığı rəsmi məlumatda qeyd olunub.
Məlumata görə, Los-Anceles şöbəsi fevralın 2-də Levon Georgiyeviç Ayrapetovu saxlayıb. Bildirilir ki, o, prioritet hədəf hesab edilən və qeyri-qanuni miqrant statusunda olan şəxs kimi müəyyən edilib.
Qurumun açıqlamasında Ayrapetovun geniş cinayət keçmişinə malik olduğu vurğulanıb. Onun quldurluq və oğurluq, xüsusilə külli miqdarda narkotik vasitələrin satışı, qadağan olunmuş silah gəzdirmə, həmçinin lisenziyalaşdırma qaydalarının dəfələrlə pozulması ilə bağlı məhkumluqları olduğu bildirilib.