AZ

Səssiz inkişaf edir, gənclərdə də yayılır PSA testi erkən diaqnozun açarıdır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kişilər arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olan prostat xərçəngi artıq təkcə yaşlılarda deyil, gənc yaş qruplarında da müşahidə olunur. Mütəxəssislər xəstəliyin əksər hallarda erkən mərhələdə əlamətsiz irəlilədiyini və məhz bu səbəbdən gec diaqnoz riskinin yüksək olduğunu bildirirlər. Uroloji və uroonkologiya üzrə mütəxəssis Prof. Dr. Can Öbekin sözlərinə görə, vaxtında aparılan müayinələr həyat qurtara bilər.Demokrat.az xəbər verir ki, prostatın kişi reproduktiv sisteminə aid vəz olduğunu xatırladan Prof. Dr. Can Öbek qeyd edir ki, bu vəzin hüceyrələrindən inkişaf edən xərçəng bir çox ölkədə kişilərdə ən geniş yayılmış orqan xərçəngidir. Onun sözlərinə görə, xəstəlik prostat daxilində məhdudlaşdığı mərhələdə aşkarlanarsa, müalicədə tam uğur əldə etmək mümkündür. Lakin erkən simptomların olmaması səbəbindən bəzi hallarda diaqnoz gec qoyulur və bu da müalicə imkanlarını azaldır.Mütəxəssis 40 yaşdan sonra PSA testinin və prostat müayinəsinin müntəzəm aparılmasının vacibliyini vurğulayır. Prof. Dr. Can Öbek bildirir ki, PSA testi həm mövcud vəziyyəti qiymətləndirməyə, həm də gələcək riskləri müəyyənləşdirməyə imkan verir. Şübhəli hallarda isə qəti diaqnoz prostat biopsiyası ilə təsdiqlənir.Son illərdə prostat xərçənginin müalicəsində texnoloji yeniliklər geniş tətbiq olunur. Prof. Dr. Can Öbekin sözlərinə görə, robotik cərrahiyyə açıq əməliyyatların yerini böyük ölçüdə alıb. Bununla yanaşı, orqanla məhdudlaşmış hallarda fokal – yəni bölgəsəl müalicə üsulu daha çox tətbiq edilməyə başlayıb. Bu metod zamanı prostatın tamamı deyil, yalnız xərçəngli sahə və ətraf təhlükəsizlik zonası hədəfə alınır, sağlam toxumalar isə qorunur.Mütəxəssis qeyd edir ki, fokal müalicə xüsusilə tək ocaqlı və orta dərəcədə aqressiv şişlər üçün uyğun hesab olunur. Prosedur adətən 60-90 dəqiqə davam edir, kəsik aparılmadan həyata keçirilir və pasiyent qısa müddətdə evə buraxıla bilir. Bu yanaşmanın əsas üstünlüyü sidik qaçırma və erektil disfunksiya kimi yan təsirlərin daha az müşahidə edilməsidir.Prof. Dr. Can Öbek beynəlxalq elmi məlumatlara istinad edərək bildirir ki, fokal müalicə tətbiq edilən xəstələrin böyük əksəriyyətində uzunmüddətli nəticələr qənaətbəxşdir. Onun fikrincə, yaxın illərdə uyğun pasiyentlər üçün prostatın tam çıxarılması əvəzinə bölgəsəl müalicə yanaşması daha geniş tətbiq oluna bilər.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
demokrat.az

1Mənbələr