AZ

Maduro Venesuelanın mövcud hökumətinin fəaliyyətini qiymətləndirib

Venesuelanın sabiq prezidenti Nikolas Maduro telefon danışığı zamanı ölkə hökumətinin "tam olaraq lazım olanı etdiyini" bildirib.

"Far.Az"un "Caraota Digital" nəşrinə istinadən xəbərinə görə, bu barədə onun oğlu Nikolas Maduro Qerra məlumat verib.

Respublikanın keçmiş lideri hesab edir ki, hökumət "ilk addımlarını atır".

"Buradakı sakitliyimiz xalqın birliyi, həmçinin ali komandanlıq və vətən komandası olan mənim komandamla olan birlikdir", - deyə Maduronun oğlu atasının sözlərini çatdırıb.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Venesuelaya genişmiqyaslı zərbə endirib. Amerika lideri Donald Tramp bəyan edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək ölkə ərazisindən çıxarılıblar.

İki gün sonra - yanvarın 5-də Venesuela lideri və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York məhkəməsi qarşısına çıxarılıblar. Məhkəmədə o, günahsız olduğunu bildirib və hələ də ölkəsinin prezidenti olduğunu əlavə edib. Amerika məhkəməsi Venesuelanın konsulluq əməkdaşlarının onlara baş çəkməsinə razılıq verib. Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.

Seçilən
23
far.az

1Mənbələr