AZ

Eynək istifadə edənlərin nəzərinə - Hər ay şüşə dəyişdirməyə ehtiyac yoxdur

Eynək istifadə edən şəxslərin ən çox qarşılaşdığı problemlərdən biri şüşələrin düzgün təmizlənməməsi səbəbindən qısa müddətdə cızılmasıdır. Belə hallarda insanlar şüşəni dəyişməkdən başqa çıxış yolu olmadığını düşünürlər.

Milli.Az-ın məlumatına görə, bəzi təbii üsullardan istifadə etməklə eynək şüşələrindəki cızıqların görünüşünü azaltmaq mümkündür:

Gel tərkibli olmayan diş məcunu: Eynək şüşəsinin quru və təmiz olduğuna əmin olun. Gel tərkibli olmayan ağ diş məcunundan az miqdarda götürün. Yumşaq parça ilə cızıq olan hissəyə yüngül təzyiq göstərərək dairəvi hərəkətlərlə çəkin. Həddindən artıq təzyiq etməmək vacibdir ki, şüşə səthi zədələnməsin. Daha sonra nəmli parça ilə silib qurulayın.

Vazelin: Şüşə səthini əvvəlcədən təmizləyib qurudun. Çox az miqdarda vazelini barmaqla və ya yumşaq parça ilə cızıq olan hissəyə çəkin. Vazelin cızığın içini dolduraraq görünüşünü azalda bilər. Artıq qalan hissəni təmiz parça ilə silin. Bu üsulun müvəqqəti vizual effekt verdiyini nəzərə alın.

Arı mumu: Arı mumundan çox kiçik parça götürərək cızıq olan nahiyəyə ehtiyatla çəkin. Yumşaq parça ilə səthə yayaraq cilalama hərəkətləri edin. Arı mumu nazik qat yaradaraq cızıqların nəzə çarpmasını azalda bilər. Proses zamanı güclü təzyiqdən çəkinin. Tətbiqdən sonra səth daha hamar görünə bilər.

Qabartma tozu: Əvvəlcə şüşəni toz və çirkdən təmizləyin. Bir çay qaşığı qabartma tozunu bir neçə damcı su ilə qarışdıraraq məcun halına salın. Hazırladığınız qarışığı tük buraxmayan yumşaq parça ilə cızıq olan hissəyə dairəvi hərəkətlərlə ehtiyatla çəkin. Təxminən 30-40 saniyə davam etdirmək kifayətdir. Daha sonra ilıq su ilə yuyub təmiz parça ilə qurulayın.

Mina Mikayılova
Milli.Az

Seçilən
25
1
milli.az

2Mənbələr