AZ

Parkladığı avtomobilini 7 il görtümədiyi üçün saxlanıldı

ain.az, 525.az portalına istinadən məlumat verir.

Yaponiyada 7 il əvvəl ödənişli dayanacaqda  parkladığı avtomobilini götürməyən sürücü polis tərəfindən saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat Kobe şəhərində yaşanıb.

47 yaşlı sakin 2019-cu ilin aprelində avtomobilini ödənişli dayanacaqların birində saxlayıb. Qaydalara görə ödəniş avtomobili götürərkən edilməlidir. Amma 7 ilə yaxındır ki, avtomobil yerindən tərpənməyib. Bununla bağlı dayanacaq sahibi polisə müraciət edib. Polis isə kişini saxlayıb. Dələduzluq  maddəsi və ya ödənişi etmədiyi üçün deyil, sahibkara ziyan vurduğuna görə.

Araşdırma zamanı məlum olub ki, gəmiçilik sahəsində işləyən sürücü bir dəfə avtomobilini götürmək istəyib. Amma o işə düşməyib. Bundan sonra onu nə vaxtsa utilizasiyaya vermək qərarına gəlib və vəziyyətin ciddiliyinin fərqinə varmayıb.

Qeyd edək ki, 7 ildə onun 19 min dollar borcu yaranıb. Əgər bu məbləği ödəməyə, onu həbs cəzası gözləyir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
525.az

1Mənbələr