AZ

İsrail Livanın cənubunda “Hizbullah” üzvünü hədəf aldı

BAKI, 13 fevral. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubuna növbəti zərbə endirdiyini və hücumun “Hizbullah”ın silahlı dəstələrinin üzvü olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, zərbə “Hizbullah” tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olaraq həyata keçirilib.

“‘Hizbullah’ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Ət-Tiri bölgəsində təşkilatın silahlısına zərbə endirib”, - deyə məlumatda bildirilir.

Seçilən
17
20
teleqraf.com

10Mənbələr