ABŞ Prezidenti Donald Tramp martda İranla saziş bağlamağı planlaşdırdığını bəyan edib. Amerika administrasiyasının başçısı bunu Ağ Evdə jurnalistlərə açıqlayıb.
Tramp bildirib ki, tərəflər arasında danışıqlar “gələn ay ərzində” yekunlaşa bilər. O əlavə edib ki, Tehranla razılığa gələ bilməsələr, Vaşinqton “ikinci mərhələyə” keçəcək və bunun İran üçün “çox ağır” nəticələri ola biləcəyini istisna etməyib.