AZ

FİFA-dan "Atletik"ə sərt cəza

style='margin-bottom:10px;'>

FİFA İspaniyanın “Atletik” (Bilbao) klubuna transfer qadağası tətbiq edib.

QOL.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, La Liqa təmsilçisi 2028-ci ilin yanvar ayına qədər yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək. Bildirilir ki, sanksiya klubun FİFA-nın normativ tələblərini pozması ilə əlaqədardır.

Transfer qadağası qüvvədə olduğu müddətdə “Atletik” həm yerli, həm də beynəlxalq keçidləri rəsmiləşdirə bilməyəcək.

Hazırda Bilbao təmsilçisi İspaniya çempionatında 23 turdan sonra 28 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr