AZ

Britaniya Dövlət Xidmətinin rəhbəri Kris Vormold istefa verdi

Bakı. Trend:

Britaniya Dövlət Xidmətinin rəhbəri və Nazirlər Kabinetininkatibi Kris Vormold istefa verib.

Trend xəbər verirki, 500.000 dövlət qulluqçusundan ibarət heyətə rəhbərlik edənVormold bu barədə açıqlamasında bildirib:

“Son 35 ildə dövlət qulluğunda xidmət etmək şərəf və imtiyazolub. Nazirlər Kabinetinin katibi kimi ona rəhbərlik etmək isəayrıca bir şərəfdir”.

Baş nazir Kir Starmer Vormolda təxminən 40 illik xidmətinə görətəşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.

Qeyd olunur ki, Britaniya mediasında 2024-cü ilin dekabr ayındanbəri bu vəzifəni tutan Vormoldun Starmerlə fikir ayrılıqlarısəbəbindən istefa verdiyi barədə xəbərlər yayılıb.

Seçilən
13
az.trend.az

1Mənbələr