Zelenski Donetsk vilayətinin şərq hissəsindən imtina etməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə “Atlantic” nəşri məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin şərqindəki bəzi ərazilərlə bağlı çətin qərar verə biləcəyi iddia olunur.
Nəşrin məlumatına görə, Ukrayna rəhbərliyi münaqişənin nizamlanması naminə ən ağır güzəştə getməyə hazırlaşır.
Zelenskinin iki müşaviri bildirib ki, rəsmi Kiyev Donetsk vilayətinin şərq hissəsi üzərindəki nəzarətdən imtina etmək variantını nəzərdən keçirə bilər.
Bu addım Ukrayna üçün müharibə dövrünün ən ağrılı və strateji baxımdan mürəkkəb güzəşti kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az