AZ

Montella Türkiyənin rəqiblərindən danışdı: Əlbəttə ki, bu, xüsusi oyun olacaq

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqası A-da Fransa, İtaliya və Belçika ilə eyni qrupda mübarizə aparmalarına toxunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qrupu çox çətin sayıb.

Montella bildirib ki,  Türkiyə Avropanın ən yaxşı komandaları ilə üz-üzə eyni qrupda mübarizə aparacaq: "Onlara qarşı oynamaq və bu səviyyədə olmaq çox vacibdir. Hazırda diqqətimiz mart ayında keçiriləcək oyunlarımıza yönələcək."

O, doğulduğu İtaliya ilə qrupda oynacaqlarına belə münasibət bildirib: "Əlbəttə ki, bu, xüsusi oyun olacaq. Keçən il Bolonyada İtaliya ilə yoldaşlıq oyunu oynadıq. Bu dəfə onlarla daha rəsmi bir matçda  böyük hədəf uğrunda  qarşılaşacağıq. Həyəcanlı oyun olacaq".

Tahir Şəlvəli

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
mia.az

1Mənbələr