AZ

Övladlarından Əməkdar artistə İRAD: "Kim nə bilir o qucaqladığın sənin qohumundur?"

Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə marağa səbəb olub.

Far.Az xəbər verir ki, "Günə Uğurla" verilişinə qonaq olan xanəndə övladlarının ona bəzi məsələlərdə irad bildirməsindən danışıb.

"Bir də görürsən ki, uşaqlar mənə deyirlər: "Ana, sən gedib Adili boynundan qucaqladın. Kənardan baxan nə bilsin ki, qucaqladığın sənin qohumundur, ya qaynının oğludur?" Baxıram ki, düz deyirlər. Lakin artıq elə bir yaşdayam ki, indi hamı ilə qucaqlaşa bilərəm. Cavanlığıma baxma… İndi isə heç kim bilməsə də, Allah bilir ki, o mənim öz övladım kimidir. Mən dəyişə bilmərəm. İllərdir eyniyəm" -deyə Elnarə Abdullayeva qeyd edib.

Ətraflı videoda:

Seçilən
31
far.az

1Mənbələr