AZ

“Biz Fransa ilə müharibəyə başlayacağıq” − Nigerin xüsusi qərargah rəisi


Nigerin ən nüfuzlu hərbi xadimlərindən biri, ölkə prezidentinin Xüsusi Qərargah rəisi general Amadou İbro ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Nigerin paytaxtı Niamey stadionunda keçirilən mitinqdə çıxış edən İbro Nigerin Fransa ilə müharibəyə başlayacağını bəyan etdi:
“Bilin ki, biz Fransa ilə müharibəyə başlayacağıq. Əvvəllər döyüşməmişik, amma indi Fransa ilə müharibəyə başlayacağıq”.
İbronun bəyanatı iştirak edənlərin alqışları ilə qarşılandı və onlar “Fransaya lənət olsun” şüarları səsləndirdilər.
Seçilən
10
yeniavaz.com

1Mənbələr