UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” (İngiltərə) qarşılaşmasına olan maraq bilet satışlarında özünü göstərir.
Redaktor.az Ağdam klubunun rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, bu gün saat 12:00-da satışa çıxarılan biletlərdən artıq 18.750 ədədi öz sahibini tapıb.
Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasındakı ilk görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-də İngiltərədə, “Sent-Ceyms Park” stadionunda keçiriləcək.