AZ

Sabiq futbolçu: ''Futbol həbsxanadı''

Sabiq niderlandlı müdafiəçi Qreqori van der Vil son video paylaşımı ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, bir ara ''Fənərbaxça''da da forma geymiş və hazırda 38 yaşı olan Van Der Vil karyerasını 2019-cu ildə - cəmi 33 yaşında tamamlamışdı.

İstanbul nəhəngindən başqa ''Ayaks'' və PSJ kimi tanınmış klublarda da top qovmuş sabiq futbolçu karyerasının heç bir dönəmində futboldan zövq almadığını etiraf edib:

''Futbol əsl həbsxanadı. Karyeramın heç bir anından zövq almadım. 16 titul qazansam da, özümü bu sahədə hər zaman tənha hiss edirdim. Sanki bir azarkeş idim. Özümü bu oyunun bir parçası kimi hiss edə bilmirdim. Sanki maska taxmışdım. Özüm kimi ola bilmirdim. Qazandığım bu qədər şeylərə baxmayaraq nə sevinci hissi yaşadım, nə də qürur hissi. Sərbəst ola, bir partlama reallaşdıra bilmirdim. Sərbəst olmadığımı hiss edirdim. Paltardəyişmə otağında olarkən siz də eyni hissləri yaşamısızsa, o demək deyil ki, siz zəifsiz. Siz insansız''.

Qeyd edək ki, ''instaqram''da 740 min təqibçisi olan Van Der Vil hazırda fərdi performans məşqçisi və idmançılar üçün psixoloq kimi çalışır.
Seçilən
14
1
football-plus.az

2Mənbələr