Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Minneapolisdə(Minnesota ştatı) qanunsuz miqrantlarla mübarizənin gücləndirilməsiüzrə əməliyyatın başa çatdığını elan edib.
Trend “NBC News”aistinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin sərhədnəzarəti üzrə əlaqələndiricisi Tom Homan Minneapolisdə keçirilənmətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanları iləəməkdaşlıq və miqrantların saxlanılması üzrə əməliyyatların uğurlahəyata keçirilməsi “Operation Metro Surge” proqramınınyekunlaşdırılmasına şərait yaradıb.
“Mən bu əməliyyatı dayandırmağı təklif etdim və prezident Tramprazılaşdı”, – deyə Homan qeyd edib.
O bildirib ki, qüvvələrin əhəmiyyətli dərəcədə azaldılması artıqbu həftə başlayacaq və gələn həftə davam edəcək. Əlaqələndiriciəlavə edib ki, prosesə nəzarət etmək üçün ştatda qısa müddətlikqalmaq niyyətindədir.