Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi ilə əlaqələndirilməsinə kəskin reaksiya verib. Sosial şəbəkələrdə onun bu sözlərinin Epşteyn davasındakı qaranlıq rituallara işarə olduğu iddia edilib. Sənətçi bu bənzətməni iyrənc adlandıraraq məsələni məhkəməyə daşıyıb.Demokrat.az xəbər verir ki, müğənni müsahibəsindəki ifadələrin bu cür ağır ittihamlarla yan-yana gətirilməsi qəbuledilməz olduğunu bildirib. O, izlənmə xatirinə adını belə tərzdə hallandıranların qanun qarşısında cavab verəcəyini bəyan edib. Analoji vəziyyətlə üzləşən Yonca Evcimik də estetik açıqlamalarının təhrif olunduğunu bildirərək hüquqi yollara əl atacağını açıqlayıb.Qeyd edək ki, müğənni bir müddət əvvəl müsahibəsində "Gənc görünmək üçün xüsusi nəsə etmirəm, bunu əvvəlcədən deyim. Belə ki, fiziki cəhətdən qocalmayacağam. Bilirsiniz, insan müəyyən yaşa çatdıqdan sonra bir az cizgilər yaranır, bir az qırışlar, büzüşmələr olur... Məndə olmayacaq" deyən sənətçi, müxbirin "Buna necə nail olacaqsınız?" sualına isə "Bax, o sehrli hovuzu tapacağam" cavabını vermişdi.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.