AZ

"Aston Villa"dan 65 milyon funtluq həmlə - ƏTRAFLI

"Nottingem Forest"in lideri Morqan Gibbs-Uayt yay transfer pəncərəsinin ən çox danışılan simalarından biri olmağa namizəddir.

Fanat.Az xəbər verir ki, "Aston Villa" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün artıq hərəkətə keçib.

"TEAMtalk"ın iddiasına görə, Birmingem təmsilçisi bu transfer üçün 65 milyon funt-sterlinqindən keçməyə hazırdır. Əgər "Nottingem Forest" Premyer Liqanı tərk edərsə, futbolçunun gedişi demək olar ki, qətiləşəcək. Keçən yay yeni müqavilə imzalamasına baxmayaraq, ingilis oyunçunun Avropa kuboklarında çıxış edən komandaya qoşulmaq istədiyi bildirilir.

Onun çoxfunksiyalı oyun tərzi və hücum potensialı baş məşqçi Unai Emerinin xüsusi diqqətini çəkib. Hazırda bir neçə Premyer Liqa klubunun da pusquda durduğu qeyd olunur.

Kamil Xudiyev

Seçilən
7
fanat.az

1Mənbələr