AZ

Merkel siyasətə qayıdır?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniyanın sabiq kansleri Angela Merkel ölkə prezidenti vəzifəsinə mümkün namizəd kimi qiymətləndirilir.

Globalinfo.az BILD-ə istinadla xəbər verir ki, onun namizədliyini “Yaşıllar” partiyası irəli sürə bilər.

Bu proses, hazırkı federal prezident Frank-Valter Ştaynmayerin müddəti başa çatdıqdan sonra baş verə bilər.

Bununla yanaşı, sabiq kanslerin mətbuat xidməti bildirir ki, Merkel prezidentliyə namizəd olmağı planlaşdırmır.

Angela Merkel kansler olduğu dövrdə siyasəti ilə tez-tez tənqid olunub. Ona nəzarətsiz miqrant axınını buraxmaq və Almaniyanın nüvə elektrik stansiyalarını bağlamaq ittihamları irəli sürülür ki, nəticədə Avropanın ən böyük iqtisadiyyatı Rusiya enerji asılılığına düşüb.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr