AZ

UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə bütün qruplar müəyyənləşdi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 12-də Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin rəsmi püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, turnirin ilk oyunları 2026-cı ilin sentyabrında başlayacaq.

Final mərhələsinin oyunları isə 2027-ci il 9-13 iyun tarixlərinə planlaşdırılıb.

Qrup mərhələsinin qruplarını təqdim edirik:

A liqası

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə.

2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan.

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya.

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels.

B liqası

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya.

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya.

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, İsveç.

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, Kosovo.

C liqası

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino.

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq.

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova.

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta.

D liqası

1-ci qrup: Cəbəllütariq/Latviya, Malta/Lüksemburq, Andorra.

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
2
oxu.az

10Mənbələr