AZ

Milyonluq əmlak satışı və gizli sövdələşmələr: Avropa Komissiyasında nə baş verir?

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Belçika polisi daşınmaz əmlak obyektlərinin satışı ilə bağlı aparılan istintaq çərçivəsində Avropa Komissiyasının bir sıra binalarında axtarış həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Əməliyyatın gedişi ilə tanış olan iki mənbənin bildirdiyinə əsasən, fevralın 12-də səhər saatlarında büdcə departamenti də daxil olmaqla, müxtəlif inzibati binalarda axtarış aparılıb.

Məlumata görə, istintaq Avropa Komissiyasının əvvəlki tərkibində Yohannes Hanın büdcə üzrə Avropa komissarı vəzifəsində çalışdığı dövrdə Avropa İttifaqında (Aİ) həyata keçirilmiş daşınmaz əmlak satışı ilə bağlıdır.

Yohannes Han Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasında 2019-cu il dekabrın 1-dən etibarən büdcə məsələləri üzrə Avropa komissarı vəzifəsini icra edib. O bu vəzifədə komissiyanın səlahiyyət müddəti başa çatanadək - 2024-cü ilə qədər fəaliyyət göstərib. Vəzifəsindən ayrıldıqdan sonra isə Aİ-nin Kipr üzrə xüsusi nümayəndəsi təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
oxu.az

1Mənbələr