AZ

Bu oyun “App Store”da 1-ci yerə yüksəlib

Azərbaycanlı gənclərin hazırladığı “The Last Station - Baku” adlı mobil oyun App Store-un ödənişli oyunlar siyahısında 1-ci yerə yüksəlib. 

News365.az xəbər verir ki, oyun region üzrə Minecraft və GTA San Andreas kimi məşhur oyunları geridə qoyaraq siyahının zirvəsinə qalxıb.

Qeyd edilib ki, oyun 85GamesStudio tərəfindən hazırlanıb və 13+ yaş həddi ilə təqdim olunur.



Seçilən
23
news365.az

1Mənbələr