İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı danışıqlarda razılıq əldə ediləcəyi təqdirdə, Tel-Əvivin maraqlarının nəzərə alınmalı olduğunu bildirib.
"Report" xəbər verir ki, Netanyahu bunu ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirdiyi müzakirədən sonra İsrailə geri dönərkən hava limanında jurnalistlərə açıqlayıb.
"O (Donald Tramp – red.) mənim fikrimi eşitmək istəyirdi. İranla istənilən razılığın mahiyyətinə dair ümumi skeptisizm ifadə etdim", - İsrailin Baş naziri bildirib.
Netanyahu təkcə nüvə probleminin yox, həm də ballistik raketlər və İranın proksi qüvvələri ilə bağlı İsraili maraqlandıran məqamların da nəzərə alınmalı olduğunu diqqətə çatdırıb.
Netanyahu bildirib ki, Trampla Qəzza zolağında həyata keçirilən sülh planı da müzakirə olunub.
אני סיימתי עכשיו ביקור קצר אבל חשוב בוושינגטון, בשיחה עם ידידינו הגדול הנשיא טראמפ. יש בינינו קשר מאוד הדוק, מאוד אמיתי ומאוד גלוי.
— Benjamin Netanyahu - בנימין נתניהו (@netanyahu) February 12, 2026
כמובן השיחות התמקדו בכמה וכמה נושאים, אבל למעשה במו״מ עם איראן.
הנשיא חושב שהאיראנים כבר למדו עם מי יש להם עסק. אני חושב שהתנאים שהוא יוצר, בשילוב… pic.twitter.com/HLRKIqwx6G